Saytımızı qiymətləndirin


 
 

Qod Nisanov Sankt-Peterburq parlamentinin medalı ilə təlif edilib
Tarix: 19-04-2026 | Saat: 22:33
Bölmə:Karusel / Region | çapa göndər

 

Sankt-Peterburq Qanunvericilik Məclisi “şəhərin Fəxri Xeyriyyəçisi” adını almış  şəxsləri tltif edib.

Qarabaginfo.az bildirir ki, Mariinski Sarayında ilk dəfə “Sankt-Peterburqun Fəxri Xeyriyyəçisi” nişanları təqdim edilib. Azərbaycanlı milyarder, “Kiyevskaya Ploşad” MMC-nin Direktorlar Şurasının sədri Qod Nisanov bu medla layiq görülüb.

Bu barədə Smolnı mətbuat xidməti məlumat verib.

Qubernator Aleksandr Beqlov qeyd edib ki, “Sankt-Peterburqun Fəxri Xeyriyyəçisi” adı şəhərin inkişafına könüllü olaraq səylərini və resurslarını sərf edən, sosial əhəmiyyətli təşəbbüsləri dəstəkləyən və həmvətənlərinə sosial yardım göstərən şəxslərin nailiyyətlərinin tanınmasının əlamətidir.

Qod Nisanov sülhməramlı və humanitar fəaliyyətlə məşğul olan, xüsusən də yetimlərə, əlillərə, müharibə veteranlarına və digər insanlara kömək edən Rusiya Sülh Fondunu dəstəkləyib. O, həmçinin Kronştadt Dəniz Katedralının və Sınaq Palatası və Sınaq Məktəbinin binalarının bərpasında fəal iştirak edib.

 



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər