Saytımızı qiymətləndirin


 
 

DTX rəisi: "Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən əl çəkməməsi dərin təəssüf hissi yaradır"
Tarix: 27-07-2022 | Saat: 20:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əli Nağıyev, DTX rəisi

Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirirlər.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında deyib.

Əli Nağıyev, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırıb.

O bildirib ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər