Saytımızı qiymətləndirin


 
 

“Şəki dairəsi”ndə tikintinin yekunlaşacağı vaxt açıqlandı 
Tarix: 17-07-2025 | Saat: 11:20
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

seki-dairesinde-tikintinin-yekunlasacagi-vaxt-aciqlandi

Bir müddətdir Bakının Nərimanov rayonunda Y.V.Çəmənzəminli və Albert Aqarunov küçələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (məşhur “Şəki” restoranın yerində)  aparılan təmir işlərinin böyük hissəsi tamamlanıb.

Qarabaginfo.az Real TV-yə istinadən xəbər verir ki, hazırda ərazidə iri tunel qazılır.

Layihə 2025-2030-cü illərin Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Həsən Əliyev və Müzəffər Nərimanov küçələri arasında uzunluğu 3,9 km olan yol əsaslı şəkildə qurulur. Bu küçə genişləndirilərək 6 zolaqlı yol salınır. Ümumi layihədəki 4 avtomobil tunelindən biri bu əraziyə düşür.

Həmçinin layihəyə uyğun olaraq, ərazidə 3 böyük piyada keçidinin inşası nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, artıq tunelin istinad divarları, üstünün beton örtüyü tamamlanmaq üzrədir. Sözügedən ərazidə işlər 65-70 faiz yekunlaşıb, ən geci bu ilin sonunadək tamamilə yekunlaşacaq.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər