Tarix: 09-10-2020 | Saat: 16:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan növbəti təxribata əl atıb.
Bu barədə Qarabaginfo.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, düşmən bu dəfə vətəndaşlarımızın mobil və stasionar telefonlarına saxta nömrələrdən din xadimləri adından Azərbaycan dilində səs yazıları göndərərək çağırışlar edir. Cəbhədə məğlub olan və geri çəkilmək məcburiyyətində qalan Ermənistanın məqsədi təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.
Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər" - deyə nazirlik bəyan edib.
Digər xəbərlər