Tarix: 10-02-2023 | Saat: 15:58
Bölmə:Karusel | çapa göndər
Türkiyədə zəlzələ bölgəsinə yardım göstərən ünlü sənətçi Haluk Levent və onun rəhbərlik etdiyi AHBAP dərnəyinə ünvanlanmış ittihamlar Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluni hiddətləndirib.
Qarabaginfo.az xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu Kahramanmaraşdakı zəlzələ qurbanları üçün mütəşəkkil fəaliyyət göstərən və ianə toplayan Haluk Leventin qurduğu AHBAP-ı hədəfə alanlara sərt reaksiya verib.
Kılıçdaroğlu sosial media hesabındakı paylaşımında bildirib:
"AHBAP-a böhtan atmaqdansa, yardımların paylanması koordinasiyasını təmin edin. Başladığınız qarayaxma kampaniyası ən çox zəlzələ qurbanlarına ziyan vurur. Bu əxlaqsızlığa son qoyun. Xalqın qurduğu qurumları yıxmağı ağlınıza belə gətirməyin. Millətin üstünə qaçanları ayağından vurmayın!".
Digər xəbərlər