Saytımızı qiymətləndirin


 
 

Nazir: 2030-cu ilə qədər 7 qiqavat gücündə yaşıl enerji layihələri reallaşdırılacaq
Tarix: 11-10-2024 | Saat: 14:17
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Nazir: 2030-cu ilə qədər 7 qiqavat gücündə yaşıl enerji layihələri reallaşdırılacaq

Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, 2030-cu ilə qədər 7 qiqavat yaşıl enerji reallaşdırmaq planlarımız var: “Bunun da 70%-i ixrac olunacaq: “Bu yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycanın regionda COP29-a ilk ev sahibliyi edən ölkə kimi, Paris Sazişinin yeni razılaşması və 6-cı maddəsinin həyata keçirilməsi də daxil olmaqla, COP29-da balanslaşdırılmış nəticə əldə etmək üçün iddialı gündəm var. COP-29 Prezidentliyi, maliyyə axınının əhəmiyyətli dərəcədə artırılmasına diqqət yetirərkən, eyni zamanda maneələrin sürətlə aradan qalxmasına yol açacaq.
Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də genişmiqyaslı işlər həyata keçirir”.



Xəbəri paylaş

71 dəfə oxunub.

Digər xəbərlər
30-07-2020, 18:51 TƏBİB-dən yeni təyinat