“Artıq NATO mənsubları Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını...”
Tarix: 06-04-2023 | Saat: 10:18
Bölmə:Karusel / Region / Dünya | çapa göndər
1155 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-04-2023 | Saat: 10:18
Bölmə:Karusel / Region / Dünya | çapa göndər

“Artıq NATO mənsubları Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını...
“Birincisi, hələ bilmək olmaz ki, korrupsiya bataqlığında batan Rusiyanın əksəriyyəti sovet dövründən qalma olan nüvə silahları real olaraq hansı durumdadır...”
“Ona görə də Rusiyanın nüvə hədə-qorxusu da mənasızdır...”
Deyəsən, həm hərbi, həm siyasi, həm iqtisadi meydanda yenilməkdə olan Putin rejiminin ümidi yalnız əlində olan nüvə silahlarıyla dünyaya hədə-qorxu gəlməyə, üzbəüz hərbi meydanda uduzduğu Ukraynanı, eləcə də ABŞ-ı, NATO ölkələrini şantaj etməyə qalıb. Görəsən, hansısa məqamda Kremldə doğrudan da nüvə müharibəsinə başlamaq qərarı verilə bilərmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev bu fikirləri ifadə edib:
“Birincisi, hələ bilmək olmaz ki, korrupsiya bataqlığında batan Rusiyanın əksəriyyəti sovet dövründən qalma olan nüvə silahları real olaraq hansı durumdadır.
İkincisi, Kreml Amerikanı vurmaq istəsə, onun nüvə silahı Amerikaya çatana qədər Pentaqon, NATO artıq Rusiyanın dörd tərəfindəki bazalardan qısa müddət ərzində onun bütün iri şəhərlərini, bazalarını vuracaq. ABŞ-ın nüvə raketinin Moskvaya və ya Sibirə çatması, uzağı, 15-20 dəqiqə çəkəcək. Digər tərəfdən, Rusiyanın raketi hədəfinə çatana qədər Amerika ordusu onu zərərsizləşdirəcək.
Üçüncüsü isə nüvə raketinin düyməsinin basılması yalnız bir nəfərin- Putinin əlinə bağlı deyil axı... Ona görə də Rusiyanın nüvə hədə-qorxusu da mənasızdır. Artıq bütün dünya da bunu başa düşür. Və diqqət edirsizsə, əvvəllər NATO mənsubları bir az ehtiyatla danışırdı. İndi isə Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını – sənin raketin yerindən qalxmamış biz onu məhv edəcəyik...”
Xəbəri paylaş
Digər xəbərlər
26-04-2021, 15:53
Ağadadaş Ağayev Türkiyədə əməliyyatdan sonra - Fotolar
2-02-2021, 15:45
Azərbaycanda vaksinasiya prosesi ilə bağlı yeni AÇIQLAMA
27-12-2025, 15:14
KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır
25-04-2023, 11:13
Parlamentin iclası başladı
6-05-2021, 13:55
“Vətən Müharibəsi Qəhrəman”ları, “Zəfər” və “Qarabağ” ordeni alanlar dəfn edilərkən hərbi ehtiram göstəriləcək
6-06-2023, 10:50
Ərdoğandan kritik qərar, ruslar qaçır, ermənilərin şok etirafları… – Modern.az-ın icmalı
5-04-2025, 20:41
Səttar Möhbalıyevin qardaşı vəzifəsindən azad olundu
19-12-2022, 13:58
Ermənilərin Xocavənddəki postunda MİNA PARTLAYIŞI
29-10-2024, 16:29
Baş Prokurorluğa yeni vəzifə həvalə edilib
13-04-2021, 14:21
Kreml: Rusiya və Azərbaycan hərbçiləri “İsgəndər-M”lə bağlı məsələdə sıx dialoq vəziyyətindədir








" style="width: 670px; height: 340px;">









