Ana Sayfa > Karusel / Region / Dünya > “Artıq NATO mənsubları Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını...”

“Artıq NATO mənsubları Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını...”


6-04-2023, 10:18. Yazar: Admin
“Artıq NATO mənsubları Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını...”
“Artıq NATO mənsubları Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını...

“Birincisi, hələ bilmək olmaz ki, korrupsiya bataqlığında batan Rusiyanın əksəriyyəti sovet dövründən qalma olan nüvə silahları real olaraq hansı durumdadır...”
 
“Ona görə də Rusiyanın nüvə hədə-qorxusu da mənasızdır...”
 
Deyəsən, həm hərbi, həm siyasi, həm iqtisadi meydanda yenilməkdə olan Putin rejiminin ümidi yalnız əlində olan nüvə silahlarıyla dünyaya hədə-qorxu gəlməyə, üzbəüz hərbi meydanda uduzduğu Ukraynanı, eləcə də ABŞ-ı, NATO ölkələrini şantaj etməyə qalıb. Görəsən, hansısa məqamda Kremldə doğrudan da nüvə müharibəsinə başlamaq qərarı verilə bilərmi?..
 
Mövzu ilə  bağlı Moderator.az-a açıqlama verən sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev bu fikirləri ifadə edib:
 
“Birincisi, hələ bilmək olmaz ki, korrupsiya bataqlığında batan Rusiyanın əksəriyyəti sovet dövründən qalma olan nüvə silahları real olaraq hansı durumdadır.
İkincisi, Kreml Amerikanı vurmaq istəsə, onun nüvə silahı Amerikaya çatana qədər Pentaqon, NATO artıq Rusiyanın dörd tərəfindəki bazalardan qısa müddət ərzində onun bütün iri şəhərlərini, bazalarını vuracaq. ABŞ-ın nüvə raketinin Moskvaya və ya Sibirə çatması, uzağı, 15-20 dəqiqə çəkəcək. Digər tərəfdən, Rusiyanın raketi hədəfinə çatana qədər  Amerika ordusu onu zərərsizləşdirəcək.
Üçüncüsü isə nüvə raketinin düyməsinin basılması yalnız bir nəfərin- Putinin əlinə bağlı deyil axı... Ona görə də Rusiyanın nüvə hədə-qorxusu da mənasızdır. Artıq bütün dünya da bunu başa düşür. Və diqqət edirsizsə, əvvəllər NATO mənsubları bir az ehtiyatla danışırdı. İndi isə Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını – sənin raketin yerindən qalxmamış biz onu məhv edəcəyik...”

Geri dön