Saytımızı qiymətləndirin


 
 

İran XİN-dən KRİTİK AÇIQLAMA: "İsrailin sərhədlərimizin yaxınlığında olmasına dözməyəcəyik"
Tarix: 18-10-2021 | Saat: 13:21
Bölmə:Karusel / Region | çapa göndər

İran XİN-dən KRİTİK AÇIQLAMA: “İsrailin sərhədlərimizin yaxınlığında olmasına dözməyəcəyik”vk sharing button

Son vaxtlar İran və Azərbaycan arasında müşahidə olunan gərginlik artan xətt üzrə davam edir. Belə ki, İran Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni həzm etmədiyindən müxtəlif vasitələrlə öz iç üzünü göstərməyə çalışır. Gah Azərbaycan əraziləri vasitəsilə Ermənistana qanunsuz yüklərin daşınmasına cəhd edir, gah da təhdidedici bəyanatlar səsləndirir.  

Qarabaginfo.az xəbər verir ki, İranı narahat edən ən əsas məqam isə Azərbaycan və İsrail arasında dostluq əlaqələrinin olması ilə bağlıdır.

İran Xarici İşlər Nazirliyinin son açıqlamasında bunu daha aydın şəkildə hiss etmək mümkündür.

Belə ki, İran Xarici İşlər Nazirliyindən edilən açıqlamada bildirilib ki, rəsmi Tehran qonşu ölkələrə sərhədləri yaxınlığında  İsrailin varlığına  dözməyəcəyini çatdırıb: “Biz qonşu ölkələrə İsrailin sərhədlərimiz yaxınlığında olmasına dözməyəcəyimizi açıq şəkildə bildirdik” – deyə İran XİN-inin açıqlamasında qeyd olunub.(Konkret.az)



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər
10-12-2020, 11:30 AZAL açıqlama yayıb