Saytımızı qiymətləndirin


 
 

Parlament avtomobillərin utilizasiyası ilə bağlı dəyişiklikləri birinci oxunuşda qəbul edib
Tarix: 06-06-2023 | Saat: 13:56
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Parlament avtomobillərin utilizasiyası ilə bağlı dəyişiklikləri birinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, dəyişikliklərdə, Azərbaycanda istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üçün utilizasiya haqqının müəyyənləşdirilməsi, köhnə avtomobillərin utilizasiyası fondunun yaradılması, köhnə avtomobilləri utilizasiyaya verən şəxslərə yeni avtomobil alan zaman güzəşt tətbiq edilməsi, avtomobillərin utilizasiyaya verilməsi prosedurunun müəyyənləşdirilməsi, avtomobillərin utilizatorlarının reyestrinin aparılması və s. nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul ediləcəyi halda bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər