Tarix: 21-01-2025 | Saat: 16:08
Bölmə:Karusel / Region | çapa göndər
“Ermənistan İran sərhədi hər zaman sakit olub. Orada heç vaxt problem olmayıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrova danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan İran sərhədi bundan sonra daha sakit olacaq.
“O ki qaldı KTMT-yə, bizim Rusiya ilə olduqca ciddi və güclü ikitərəfli münasibətlərimiz mövcuddur. Biz, həqiqətən müttəfiqik. Bizim İranla çox yaxşı mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərimiz var. Rusiyanın da İranla çox yaxşı tərəfdaşlıq münasibətləri mövcuddur. Düşünürəm ki, bizim ölkələrimiz bu əməkdaşlıqlardan faydalanacaq”.
Mirzoyan Ermənistan-İran sərhədindən Rusiya sərhədçilərinin çıxarılması barədə də danışıb:
“O ki qaldı rusiyalı sərhədçilərə, xatırlatmaq istəyirəm ki, Ermənistanın müstəqilliyinin ilk günlərində bizim xahişimizlə Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin təhlükəsizliyinin təmin olunması işinə müvəqqəti cəlb olunub. Müddət bitdikdən sonra biz Rusiya tərəfinə təşəkkür bildirdik və məlumatlandırdıq ki. İranla sərhədi bundan sonra öz qüvvələrimizlə mühafizə edə bilərik. Düşünürəm ki, burada böyük siyasi skandal üçün mənbə yoxdur”.
Digər xəbərlər