Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
Tarix: 20-04-2022 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
321 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-04-2022 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov yeni vəzifəyə təyin edilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Z.Yusibov Daxili Qoşunlarının Bakıda yerləşən N saylı hərbi hissələrinin birinə komandir təyin olunub.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a məlumatı təsdiqləyib.
Qeyd edək ki, Z.Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində dünyaya gəlib. 1999-cu ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub. 2003-cü ildə DİN Daxili Qoşunlarında xidmətə başlayıb. Ölkə və DİN rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin avqustunda daxili işlər naziri general-polkovnik V.Eyvazov ona növbədənkənar mükafat qaydasında “polkovnik” rütbəsini təqdim edib.
Vətən müharibəsi zamanı o, rəhbərlik etdiyi şəxsi heyətlə birgə Murovdağ, Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonları istiqamətlərində döyüşüb. XTQ komandiri Hadrut qəsəbəsinə ilk daxil olan qəhrəmanlardandır. O, qızğın döyüşlər zamanı Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran xüsusi təyinatlımızdır. Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə yaralanıb və bu barədə heç kəsə məlumat verməyib. O, 3 gün yaralı vəziyyətdə döyüşüb.
Z.Yusibov yarası sağalmamış yenidən döyüşlərə qatılıb və Kəlbəcərin düşməndən azad olunmasında iştirak edib.
Prezident İlham Əliyevin sərəncamı ilə o, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Xəbəri paylaş
Digər xəbərlər
24-09-2024, 20:53
Bakı-Sumqayıt qatarlarında yeni qiymətlər - TAM SİYAHI
23-11-2023, 17:00
Azərbaycanda dəmir yolu ilə daşınan tranzit yüklərin həcmi artırılacaq
8-05-2023, 16:10
Mehriban Əliyeva Şuşa yolundan fotolar paylaşıb
13-06-2022, 16:51
Arşakyan: Azərbaycanla yeni müharibə, Şuşanı işğal...
28-11-2022, 10:04
MN: Ordumuzun mövqeləri atəşə tutulub
27-12-2018, 11:07
“Bizim bu Cümhuriyyətlə öyünməyə haqqımız var” - Əli Həsənov - FOTO
8-11-2021, 10:28
Selçuk Bayraktar Zəfər Günü ilə bağlı paylaşım edib
10-03-2021, 15:12
Bakıda gəmi yanır
7-02-2022, 16:58
Türkmənistan Prezidenti Ərdoğana zəng edib


















