Saytımızı qiymətləndirin


 
 

Son 3 ildə azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənib? –AÇIQLAMA
Tarix: 02-11-2023 | Saat: 17:37
Bölmə:Karusel / Qarabağ / İqtisadiyyat | çapa göndər

3 il ərzində, yəni bu ilin sonuna kimi ümumilikdə 12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulub.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ilkin olaraq 7,4 milyard manat vəsait bu istiqamətə nəzərdə tutulubmuş: “Sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutuldu, həm də hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir. Bunların sayəsində bu vəsait 7,4 milyard manatdan 12 milyarda qədər artıb. Ona görə də dövlət büdcəsində hər hansı əlavə gəlir yaranarsa, büdcə qaydasında ziddiyyət təşkil etmədiyi təqdirdə, azad olunmuş ərazilərin bərpasına yönəldiləcək”.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər