Saytımızı qiymətləndirin


 
 

Məktəb anbarından oğurluq edən Biləsuvar sakinləri tutulub
Tarix: 17-01-2024 | Saat: 10:02
Bölmə:Karusel / Kriminal | çapa göndər

Yeni tikilən məktəbdən oğurluq edən Biləsuvar sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birindən oğurluq edən, digər bir evin həyətindən isə oğurluğa cəhd edən rayon sakini Pünhan Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbəri paylaş

1172 dəfə oxunub.

Digər xəbərlər