Tarix: 30-04-2026 | Saat: 21:21
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan Koul Tomas Allenin məhkəmə prosesi müddətində həbsdə saxlanılmasına qərar verilib.
Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqtonda keçirilən məhkəmə iclasında Allenin vəkili bildirib ki, onun müdafiə etdiyi şəxs işə baxıldığı müddətdə həbsdə qalmağa razılaşıb.
Prokurorluq isə Allenin cəmiyyət üçün təhlükə yaratdığını əsas gətirərək onun həbsdə saxlanılmasında israr edib.
Xatırladaq ki, hadisə ABŞ paytaxtında, “Washington Hilton” hotelində Ağ Ev müxbirlərinin illik qəbul mərasimi zamanı baş verib. Silahlı insident nəticəsində Məxfi Xidmət əməkdaşlarından biri yaralanıb. Atəş açan şəxsin 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib. Onun əvvəlcədən həmin hoteldə otaq kirayələdiyi və silahı içəri keçirməyə nail olduğu bildirilib.
Allenə ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi, ağır cinayət törətmək məqsədilə odlu silah və sursatın daşınması, həmçinin zorakı cinayət zamanı silahdan istifadə ittihamları irəli sürülüb. ABŞ-ın baş prokuror vəzifəsini icra edən Todd Blanşın sözlərinə görə, o, ömürlük həbs cəzası ala bilər.
Digər xəbərlər


















