Xəbər verdiyimiz kimi, ötən gün Salyan rayonunun Qızılağac kəndində 8-ci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlu intihar edib.
Hadisə ilə bağlı "Unikal"a danışan Qızılağac kənd bələdiyyə sədri Bünyad Yolçuyev bildirib ki, yeniyetmə axşam saatlarına yaşadıqları evində özünə qəsd edib.
B. Yolçuyevin sözlərinə görə, Mirələm Cavadzadənin ötən il əmisi də intihar edibmiş:
"Əmisi ailə problemlərinə görə özünə qəsd edib. O, intihar etməmişdən öncə atasına, yaxın qohumlarına özünü öldürəcəyi barəsində məlumat vermişdi. Çox heyif ki, o da yaşadıqları evdə özünü asaraq həyatına son qoymuşdu".
"Mirələm Qızılağac tam orta məktəbinin 8-ci sinif şagirdi idi. İntihar etməmişdən əvvəl dostları ilə birlikdə məhəllədə futbol oynayıb. Daha sonra isə evinə qayıdaraq intihar edib. Mirələmin psixi problemləri olub. Onun ölüm səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".