Saytımızı qiymətləndirin


 
 

Şeyxülislam İranın dini rəhbəri Xameneiyə başsağlığı verib
Tarix: 20-05-2024 | Saat: 22:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyx Allahşükür Paşazadə İran prezidentinin ölümü ilə əlaqədar İran lideri Əli Xameneiyə məktub göndərib.

“İran prezidenti İbrahim Rəisinin və onu müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Sizə və həzrətlərinizin simasında həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan, Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verirəm”, – deyə məktubda bildirilir.

“İbrahim Rəisi ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimi idi. İran-Azərbaycan əlaqələrinin inkişafı, mehriban qonşuluq münasibətlərinin dərinləşməsi üçün  səylərini əsirgəməmiş Prezident Rəisinin xatirəsi qəlbimizdə daim yaşayacaqdır”, -deyə müraciətdə qeyd edilir.



Xəbəri paylaş

64 dəfə oxunub.

Digər xəbərlər