Saytımızı qiymətləndirin


 
 

Türkiyənin yeni spikeri KİM OLACAQ...
Tarix: 05-06-2023 | Saat: 17:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyənin yeni spikeri KİM OLACAQ...

 

Mayın 14-də 28-ci çağırış Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb. MHP lideri Dövlət Bağçalının sədrliyi ilə keçirilən ilk iclasda yeni seçilən deputatlar and içiblər. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Tədbir təqribən 10 saata yaxın davam edib.

 

Deputatların andiçməsindən sonra əsas müzakirə mövzusu TBMM-nin yeni sədrinin kim olacağıdır. 

 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Şamil Ayrım bildirib ki, spikerin kim olacağı ilə bağlı proses başlayıb:

 

“Hazırda proses gedir. Çərşənbə günü Türkiyə Böyük Millət Məclisinin seçimi olacaq. Spiker vəzifəsinə adları çəkilinlərin arasında Numan Kurtuluş, Mövlud Çavuşoğlu və prezidentin sabiq köməkçisi Fuad Oktay da var. Ancaq dəqiq bir şey yoxdur. Hər halda sabahdan sonra vəziyyət tam aydın olacaq”.

 

AKP funksioneri Yunus Kılıç isə Modern.az-a açıqlamasında kimin spiker olacağını indidən deməyin mümkün olmadığını söyləyib:

 

“Numan Kurtuluş, Mövlud Çavuşoğlu, Fuad Oktay və Bəkir Bozdağın Türkiyə Böyük Millət Məclisinin spikeri ola biləcəyi ilə bağlı fikirlər var. Lakin bunlardan kimin spiker olacağını dəqiq demək doğru olmaz. Spikerin kim olacağını Prezident Rəcəb Tayyib Ərdoğandan başqa kiminsə deməsi mümkün deyil”, - AKP rəsmisi qeyd edib.

 

 

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə 268, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, Milliyətçi Hərəkat Partiyası 50, Yenidən Refah Partiyası 5, Yaşıllar və Sol Gələcək Partiyası 61, Türkiyə İşçi Partiyası 4, İYİ Partiyası isə 43 yer qazanıb. Ümumilikdə TBMM-də 600 millət vəkili təmsil olunur.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər