Saytımızı qiymətləndirin


 
 

Rəsmi Moskva: Avropa ölkələri ilə dialoqun bərpası üçün heç bir səbəb görmürük
Tarix: 24-02-2025 | Saat: 14:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Rəsmi Moskva: Avropa ölkələri ilə dialoqun bərpası üçün heç bir səbəb görmürük

Moskva hələlik Avropa ölkələri ilə dialoqun bərpası üçün heç bir səbəb görmür.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Rusiya Federasiyasına qarşı növbəti - 16-cı sanksiyalar paketinə münasibət bildirərkən deyib.

Aİ-nin 16-cı sanksiyalar paketi proqnozlaşdırılan idi

Onun sözlərinə görə, Avropa İttifaqının Rusiyaya qarşı növbəti, 16-cı sanksiyalar paketi tamamilə proqnozlaşdırılan idi: “Biz Avropa ilə dialoqun bərpası üçün hələ heç bir ilkin şərt görmürük. Avropa İttifaqı ABŞ-dən fərqli olaraq, Ukrayna münaqişəsini davam etdirmək niyyətindədir. Avropalılar sanksiyalarla hərəkət etməyə, müharibənin davam etdirilməsinin zəruriliyinə inam yolu ilə getməyə davam edirlər. Avropalıların bu qənaəti Ukrayna ətrafında vəziyyəti nizamlamaq yollarını axtarmaq əhval-ruhiyyəsi ilə tamamilə ziddiyyət təşkil edir. Biz hazırda amerikalılarla bununla məşğuluq”, - Kreml nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, fevralın 24-də Avropa İttifaqı Rusiya Federasiyasına qarşı bir sıra Rusiya banklarına, media orqanlarına və dəniz gəmilərinə qarşı məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketini qəbul edib.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər