Saytımızı qiymətləndirin


 
 

“Politico” Avropa siyasətçilərinin reytinqini DƏRC EDİB
Tarix: 05-12-2023 | Saat: 17:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Politico” Avropa siyasətçilərinin reytinqini DƏRC EDİB

 

Nüfuzlu “Politico” nəşri Avropanın məşhur siyasətçilərinin reytinqini dərc edib.
Qarabaginfo.az xəbər verir ki, “Politico” Rusiya prezidenti Vladimir Putinə 10 ballıq şkala üzrə minimum 0 bal verib.
Nəşrin fikrincə, Putinin Ukrayna münaqişəsindəki hərəkətləri onun cəlbediciliyini və ya xarizmasını azaldıb.

“At belində çəkilmiş köynəksiz ov fotoları cəlbedici deyil. Düşünə biləcəyimiz bütün dünya liderləri arasında ən az bir fincan çay və ya pivə içmək istəmədiyimiz şəxs Vladimir Putindir”, - “Politico” qeyd edib.

Reytinqdə Avropanın digər tanınmış siyasətçilərinin də adı çəkilir. 

Məsələn, Almaniya kansleri Olaf Şolz 10 baldan 2 bal, İtaliyanın baş naziri Giorgia Meloni 10 baldan 3 bal, Fransa prezidenti Emmanuel Makron 10 baldan 4 bal, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 10 baldan 7 bal alıb.
Ukrayna prezidenti Vladimir Zelenski siyasətçilər arasındfa ən yüksək reytinq yığıb - 10 baldan 9 bal.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər