Saytımızı qiymətləndirin


 
 

Prezidentin amnistiya vədi: Qarabağ separatçıları təslim olacaq?
Tarix: 30-05-2023 | Saat: 13:55
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Prezidentin amnistiya vədi: Qarabağ separatçıları təslim olacaq?

“Prezident İlham Əliyev hər çıxışında həm sülhyaratma prosesi, həm də Qarabağda ermənilərin yaşadıqları ərazilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası barədə mesajlar verir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, dövlət başçısının Laçında Qarabağdakı separatçılarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Q. Hüseynlinin sözlərinə görə, Prezident növbəti mesajı Laçındakı çıxışında verdi və çox açıq şəkildə bildirdi ki, Qarabağın ermənilər yaşayan ərazisində olan insanlara amnistiya tətbiq oluna bilər:

“Amma bu şərtlə ki, orada özlərini “prezident”. “parlament sədri” və “parlament üzvü” elan etmiş qondarma qurum üzvləri tövbə etsinlər, “səlahiyyətlər”inə xitam versinlər və bildirsinlər ki, Azərbaycan bayrağının altından keçib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırıq”.

Analitikin fikrincə, bu şərtlər daxilində həmin adamlara, hətta separatçı qurumun “başçısı” Araik Arutyunyana da amnistiya tətbiq edilməsi barədə düşüncələr ərsəyə gələ bilər:

“Yəni ilk addımı onlar atsınlar, Azərbaycan cəmiyyətinə inteqrasiya barəsində mesajlar versinlər, biz də onların məsuliyyətdən azad edilməsi istiqamətində addımlar atmağa başlayaq.

Hesab edirəm ki, bu, normal və humanist bir çağırış idi. Lakin hələ ki separatçılardan buna müsbət bir cavab gəlməyib. Ermənistanın bəzi mətbuat orqanları isə qızışdırıcı yazılar yazmaqla, b kontekstdə Azərbaycanı təhdid edirlər”.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər