VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.
"Qarabaginfo" xəbərinə görə, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı - Fəttah Heydərov edir.
İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.
İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.
Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb. "Report"