Saytımızı qiymətləndirin


 
 

Lunyovun meneceri “Qarabağ”ı hədələdi - “Bizə təzyiq göstərsələr...”
Tarix: 05-04-2024 | Saat: 09:45
Bölmə:Karusel / İdman | çapa göndər

lunyovun-meneceri-qarabagi-hedeledi

“Bu xəbərlər təəccüblüdür. Çünki danışıqlar və məbləğlər məxfidir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiyanın “RB Sport” nəşrinə müsahibəsində “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov deyib.

O, Lunyovun “Qarabağ”da maaşının illik 200 min avro olması və yeni müqavilə üçün 600 min avro tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib: “Mətbuata məlumatı sızdıran klub adamlarından fərqli olaraq, rəqəm verməyi etik hesab etmirəm. Gizli qalmalıdır. “Qarabağ” ötən mövsümün ortalarında Andreyi daha yaxşı şərtlərlə istəyirdi. Amma yayda ora keçərkən daha aşağı məbləğli müqavilə imzaladıq. “Qarabağ” bizə yanvar ayında uzunmüddətli müqavilə təklif etdi. Amma onda şərtlər uyğun olmadı. Qapıçı dəyərindən aşağı maaş alır. Digər klublar ona yaxşı müqavilələr təklif edib. “Qarabağ”lıların belə davranışı bizim üçün anlaşılmazdır. Klub bizim təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata ötürərək rəqəmləri açıqlayır. Biz bunu futbolçuya mənfi reputasiya yaratmaq üçün təzyiq kimi qiymətləndiririk. İlkin olaraq almalı olduğu maaşı götürsək, bunun üç dəfə artırılması tələbimizdən danışmırıq. Andrey özünü ləyaqətlə aparır. Ona daimi maraq olsa da, digər klublarla danışıqlar aparmır. Futbolçu bütün diqqətini futbola və “Qarabağ”a yönəldib, rəhbərliyə gedib qiymət “oxumur”, heç nə tələb etmir, ultimatum vermir.

A.Smirnov futbolçusunun “Qarabağ”da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Klub danışıqlar prosesində bu variant haqqında bir neçə dəfə danışıb. Lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Təfərrüatları açıqlamaq istəmirəm, sadəcə deyim ki, bu seçim mövcuddur. Lakin müəyyən hallar baş verdikdə aktivləşdirilir. Amma FİFA təcrübəsi elədir ki, tərəflərdən birinin əmək münasibətlərinin birtərəfli uzadılmasına imkan vermir. İstənilən halda, futbolçunun razılığı lazımdır. Klubun endirim etməməli olduğu detallar var. Biz “Qarabağ”a hörmət edirik və danışıqlara açığıq. Amma “Qarabağ” bu cür davranışını davam etdirsə və bu mövsüm klubun uğurunda ciddi əməyi olan futbolçusu ilə danışıqlar prosesinin nüanslarını açıqlayaraq, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik”.



Xəbəri paylaş

1185 dəfə oxunub.

Digər xəbərlər