Saytımızı qiymətləndirin


 
 

"Anam dedi ki, yoldaşım getmirsə, mən də getmirəm"
Tarix: 26-02-2024 | Saat: 14:55
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Bu gün ermənilər tərəfindən törədilən Xocalı soyqırımının 32-ci ildönümüdür. Hər il olduğu kimi bu ildə soyqırımı qurbanları anılır.

 

Lakin builki anım digərlərindən fərqlənir. Azərbaycan Ordusu Xocalını azad edib. Beləliklə, bu il həm də Xocalının özündə soyqırımı qurbanları yad edilir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Ona görə ki, qətlə yetirilən həmyerlilərimizin qisası alınıb. Xocalı sakinləri bu gün öz doğma yurdlarına qayıdışa hazırlaşır.

 

Qarabaginfo.az xəbər verir ki, bu gün, 32 il bundan öncə 9 yaşlı uşaqkən Xocalı hadisələrinə şahid olan Ləfxanım Mahmudova doğma Xocalını, öz evini ziyarət edib. 

Burada İTV-yə danışan Ləfxanım 32 il əvvəli belə xatırlayıb: 

“Gəldik ki, bizdən əvvəl kim gəlibsə, hamını tövlədə tutublar. Bizi dəyişdirdilər, lakin atamı saxlamışdılar.  Onu Əsgərana gətirmişdilər.  Burada onu möhkəm döymüşdülər. Avtomatla gözünün altına vurmuşdular. Qabırğalarını sındırmışdılar.  Sonra anam deyib ki, yoldaşım yoxdursa, mən də getmirəm.  Allahverdi Bağırov adını soyadını öyrənib qeyd etdikdən sonra onu gətirtmişdi”.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər