Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyevin xarici siyasəti hər kəsə nümunə idi - Hasan Ulusoy
Tarix: 05-05-2023 | Saat: 10:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Heydər Əliyevin xarici siyasəti hər kəsə nümunə idi - Hasan Ulusoy

Heydər Əliyevin çox vektorlu xarici siyasəti hər kəsə nümunə idi.

Qarabaqinfo.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri”mövzusunda beynəlxalq konfransda deyib. 

 

“Onun xüsusi prioritetləri vardı. Azərbaycanın milli maraqlarının qorunması ilk prioritetlərindən biri idi. O, xarici siyasətində region ölkələri və beynəlxalq təşkilatlarla əlaqələrə xüsusi diqqət edirdi. Heydər Əliyev regional əməkdaşlığa önəm verirdi. Onun xarici siyasəti sevimli oğlu İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan uğurlu şəkildə 44 gün ərzində tarixi torpaqlarını geri qaytarıb. Türkiyə ilə Azərbaycanın əlaqələrinə gəldikdə isə deyə bilərəm ki, hazırda bu, yüksək səviyyədədir. Mərhum Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət”ik”, - deyə o bildirib.



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər