Saytımızı qiymətləndirin


 
 

FHN-in beynəlxalq humanitar əməliyyatlarda fəaliyyəti barədə tədbir keçirilib
Tarix: 08-04-2022 | Saat: 19:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Fövqəladə Hallar Nazirliyinin beynəlxalq humanitar əməliyyatlarda fəaliyyəti” mövzusunda tədbir

“Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırlığı üzrə 2022-ci il üçün təşkilati-metodiki göstəriş”lərin 1 saylı əlavəsinə əsasən, Nazirliyin Akademiyasında “Fövqəladə Hallar Nazirliyinin beynəlxalq humanitar əməliyyatlarda fəaliyyəti” mövzusunda tədbir keçirilib.

Nazirliyin Baş əməliyyat idarəsi, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əsas məqsəd Nazirliyin adı çəkilən tədris müəssisəsinin müəllim və kursantlarının Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə yaxından tanış etmək olub.

Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin və Akademiyanın rəhbər, müəllim və kursant heyətinin iştirakı ilə baş tutan tədbirdə çıxış edən FHN Baş əməliyyat idarəsinin rəis müavini, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri polkovnik Ələsgər Əliyev bildirib ki, nazirliyin maddi-texniki bazası və kadr potensialının ildən-ilə genişlənməsi və müasir texnoloji yeniliklərin tətbiqi Dəstənin də bir sıra uğurlar əldə etməsinə zəmin yaradıb. O, Dəstənin şəxsi heyətinin həm xarici ölkələrdə, həm də ölkəmizdə keçirilən bir sıra təlim və kurslarda yaxından iştirak etdiyini, humanitar əməliyyatlarda öz bilik və bacarıqlarını əsirgəmədiyini vurğulayıb. Ə.Əliyev hazırda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçirilməyə hazırlığı üzrə tədbirlərin davam etdirildiyini qeyd edib.

Tədbirdə çıxış edənlər - Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarənin rəisi Azadi Quliyev, təhsil məsələləri üzrə sektor müdiri Cabir Həsənov və FHN Akademiyasının rəis müavini polkovnik Aslan Hüseynov təhsil ocağının müəllim və kursant heyətinin Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə yaxından tanış olmalarının əhəmiyyətindən danışıblar.

Sonra Akademiyanın müəllim və kursant heyətinə nazirliyin Beynəlxalq Axtarış-xiasetmə Dəstəsinin fəaliyyəti ilə ümumi tanışlıq, “İNSARAG təşkilatının zəlzələ hadisələrində rolu. Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti”, “RDC (qəbuletmə-yolasalma) prosedurların təşkili”, “UCC (koordinasiya mərkəzi) sahə əməliyyatlarının koordinasiyasının təşkili”, “Xilasetmə əməliyyatlarına başlanğıc mərhələsi. Qrup komandirinin və şəxsi heyətin fəaliyyəti” mövzuları haqqında geniş məlumatlar verilib, eləcə də Dəstənin RDC, UCC və menecment üzrə praktiki fəaliyyətləri nümayiş etdirilib.



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər
11-09-2020, 12:49 Bakı metrosu açılır