Saytımızı qiymətləndirin


 
 

Bakı şəhəri tramvaya hazırdırmı... - 16 illik PLAN
Tarix: 25-01-2024 | Saat: 11:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakı şəhəri tramvaya hazırdırmı... - 16 illik PLAN

Ancaq Bakının təsdiq edilmiş yeni baş planına əsasən paytaxt küçələrində yenidən tramvaylar görəcəyik.

 

Planda bildirilir ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.

 

Bəs görək 2040-cı ilə qədər həyatımızın bir parçasına çevriləcəyi güman edilən tramvay üçün Bakı hazırdırmı?

 

Qarabaqifo.az-ın məlumatına görə memar Elçin Əliyev düşünür ki, tramvay xəttinin ancaq turistlər üçün nəzərdə tutulmalıdır:

 

“Tramvay xətlərinin bərpa olunması bakılılar üçün xoş bir xəbərdir. Lakin tramvay ümumiyyətlə 19-20-ci əsrin nəqliyyat vasitəsidir. İndi XXI əsrdir və müasir nəqliyyat vasitələri var. Sual yaranır ki, tramvay xəttini bərpa etmək nə qədər düzgündür? Yox, mən düşünürəm ki, turistlər üçün bu çox yaxşı ideyadır. Şəhərin mərkəzində turistlər üçün bir xətt təyin etmək olar".

 

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağıq yaradılcağı bildirilir. (Daha ətraflı aşağıdakı cədvəldə)

 

Tramvay xəttinin çəkilməsi planlaşdırılan ərazilərdən biri də İstiqlaliyyət küçəsidir. Hazırda burada bir zolaq velosipedlər üçün nəzərdə tutulub. Avtomobillərin hərəkəti üçün isə iki zolaq mövcuddur. Nəzərə alaq ki, bu zolaqlardan biri də tramvaylar üçün ayrılacaq.

 

Belə şəraitdə avtomobillərin bir zolaqda hərəkəti tıxacları daha da artıra bilər.

 

Nəqliyyat üzrə ekpsert Ərşad Hüseynov belə yollarda əsas məsələnin yolları yolu düzgün tənzimləmək olduğunu bildirir:

 

“Ensiz bir küçədir və bir tramvay xətti var, bununla yanaşı avtomobilin hərəkəti mümkün deyil. Amma yol hərəkəti qaydalarına, hərəkətin tənzimləmələrini elə quraşdırıblar ki, tramvay gedir, ardınca da avtomobillər gedir. Tramvay yolu var ora avtomobil təkəri toxunmamalıdır. Dünyada belə bir praktika yoxdur”.

 

Ekspert "azərtac"a açıqlamasında çəkiləcək tramvay xətlərinin tək Bakının mərkəzindən yox şəhərdaxili rayonlardan da keçəcəyini söyləyib:

 

“Mərkəz Xətai istiqaməti, şəhərin mərkəzi və Bİnəqədi istiqaməti, şəhərin mərkəzində Xətai-Bayıl istiqamətlərində tramvay xətləri çəkiləcək. 1 kilometr tramvay xəttinin çəkilməsi üçün xərclənən vəsait təxminən 7 milyon manata bərabərdir".

 

Qeyd edək ki, Bakda ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verilib. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı. Tramvay xətləri 2004-cü ildə ləğv edilib.



Xəbəri paylaş

1125 dəfə oxunub.

Digər xəbərlər