Tarix: 14-12-2021 | Saat: 19:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
Qarabaginfo.az-ın Rusiya bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ölkə liderləri Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.
Rusiya Prezidenti, həmçinin fransalı həmkarına atəşkəs rejiminə riayət edilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıb.
“Avropa İttifaqı strukturlarının rəhbərlərinin İlham Əliyev və Nikol Paşinyanla 2021-ci il dekabrın 15-nə planlaşdırılan görüşünün faydalı olacağına ümid ifadə olunub”, - məlumatda bildirilir.
Digər xəbərlər