Ana Sayfa > Karusel / Gündəm > Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə edib

Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə edib


14-12-2021, 19:04. Yazar: Admin

Putin Makronla Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın Rusiya bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ölkə liderləri Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.

Rusiya Prezidenti, həmçinin fransalı həmkarına atəşkəs rejiminə riayət edilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıb.

“Avropa İttifaqı strukturlarının rəhbərlərinin İlham Əliyev və Nikol Paşinyanla 2021-ci il dekabrın 15-nə planlaşdırılan görüşünün faydalı olacağına ümid ifadə olunub”, - məlumatda bildirilir.


Geri dön