Saytımızı qiymətləndirin


 
 

“Qərbin bu hərəkətləri dövlət səviyyəsində banditizmdir”- KREML
Tarix: 14-04-2023 | Saat: 15:18
Bölmə:Karusel / Dünya | çapa göndər

“Qərbin Rusiyanın iri biznesi ilə bağlı hərəkətləri dövlət səviyyəsində banditizmdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Kollektiv Qərbin onlara qarşı etdikləri dövlət səviyyəsində quldurluqdan başqa bir şey deyil. Bunlar ölkəmizin ərazisində bizneslə məşğul olan, investisiya qoyan, iş yerləri yaradan, texnologiyalar inkişaf etdirən sahibkarlardır.

Bu yolla Qərb hakimiyyəti şəxsi mülkiyyətin toxunulmazlığı prinsipini pozur”, – Peskov qeyd edib.

Kremlin sözçüsü qeyd edib ki, Rusiyanın bir çox aparıcı sahibkarları əslində beynəlxalqdır, çünki onların şirkətləri bütün dünyada fəaliyyət göstərir. Peskov əlavə edib ki, söhbət iş adamlarının əmlakının ələ keçirilməsi, onların təyyarələrinin və digər əmlaklarının həbsindən gedir: “Bu cür addımlar özəl mülkiyyətin və şəxsi biznesin müqəddəsliyinin məhvindən, xaricdə bizneslə məşğul olmağın təhlükələrindən xəbər verir”.(Azpost.info)



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər