Tarix: 10-05-2022 | Saat: 19:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Litva parlamenti yekdilliklə Rusiyanın Ukraynaya qarşı müharibəsini “soyqırımı” kimi tanımaq qərarına gəlib.
Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, 128 səslə qəbul edilən qərarda Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisində, xüsusilə Buça, İrpin, Mariupol, Borodyanka və Hostomeldə “kollektiv müharibə cinayətləri” törətdiyinə diqqət çəkilib.
Qətnamədə Rusiya qüvvələrinin Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin Ukrayna xalqına qarşı “soyqırımı” kimi qiymətləndirildiyi bildirilib.
Bütün günahkarların cavab verməsi və beynəlxalq ictimaiyyətin Rusiyanın cinayətlərini araşdırmaq üçün Xüsusi Beynəlxalq Cinayət Məhkəməsi qurması lazım olduğu vurğulanan qərarda deyilir: “Qəsdən və sistemli şəkildə mülki ünsürləri hədəfə alan Rusiya hərbi qüvvələri, terroru dəstəkləyən və tətbiq edən bir dövlətdir”.
Digər xəbərlər