Tarix: 15-02-2022 | Saat: 13:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar əhaliyə müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, müraciətdə deyilir:
"Baş verən yanğınların təhlili onu göstərir ki, yanğınlar əksər hallarda insanların sadə təhlükəsizlik qaydalarına etinasız yanaşması və ya diqqətsizlik göstərməsi səbəbindən baş verir. Belə ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillərin nəticəsində müəyyən olunub ki, bəzən insanların elektrik enerjisi ilə çalışan və ilk baxışdan təhlükəsiz hesab olunan avadanlıqları, o cümlədən mobil telefonları, məişət cihazlarını, müxtəlif uşaq oyuncaqlarını enerji yığması üçün elektrik şəbəkəsinə qoşaraq nəzarət etməməsi, şəbəkəyə qoşulu vəziyyətdə fasiləsiz olaraq uzunmüddətli saxlaması sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.
Qeyd olunanları nəzərə alaraq, bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən elektrik enerjisi ilə çalışan avadanlıqları istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş qaydalara uyğun istismar etməyə, heç bir halda şəbəkəyə qoşaraq nəzarətsiz saxlamamağa çağırırıq".
Digər xəbərlər