İsrail nümayəndə heyəti yaxın saatlarda Qəzzada vəziyyətin həlli ilə bağlı Dohada danışıqlara başlayacaq.
Qarabaginfo.az xəbər verir ki, nümayəndə heyətinə HƏMAS-la razılıq əldə etmək üçün geniş səlahiyyətlər verilib.
Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
O bildirib ki, bu gün axşam İsraildə Dohada danışıqların gedişinə nəzarət edəcək hərbi-siyasi kabinet çağırılacaq.