Ana Sayfa > Karusel / Dünya > İsrail nümayəndə heyəti yaxın saatlarda Dohada danışıqlara başlayacaq

İsrail nümayəndə heyəti yaxın saatlarda Dohada danışıqlara başlayacaq


15-08-2024, 13:53. Yazar: Admin

İsrail nümayəndə heyəti yaxın saatlarda Qəzzada vəziyyətin həlli ilə bağlı Dohada danışıqlara başlayacaq.

Qarabaginfo.az xəbər verir ki, nümayəndə heyətinə HƏMAS-la razılıq əldə etmək üçün geniş səlahiyyətlər verilib.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

O bildirib ki, bu gün axşam İsraildə Dohada danışıqların gedişinə nəzarət edəcək hərbi-siyasi kabinet çağırılacaq.


Geri dön