Tarix: 13-03-2023 | Saat: 16:17
Bölmə:Karusel / Region | çapa göndər
11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. İranın təxribatı ilə əlaqədar Azərbaycan tərəfi Tehrana etiraz notası göndərib.
Qarabaginfo.az xəbər verir ki, İran İslam Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında edilən paylaşımda Azərbaycana qarşı təxribata yol verildiyini gizlətməyiblər. Bu azmış kimi SEPAH Azərbaycanın ünvanına təhdidlər yağdırıb.
"Bu, sizə qarşı xəbərdarlıq idi, bacarırsınızsa, siz də bizim hava sahəmizdə uçun", - deyə SEPAH-a məxsus olduğu bildirilən "Telegram" kanalında qeyd olunub.(Modern.az)
Digər xəbərlər