Saytımızı qiymətləndirin


 
 

“SSRİ-in dağılması əvvəlcədən müəyyən edilmişdi” –Nazarbayev imperiyanın iflas səbəblərini göstərib
Tarix: 06-12-2021 | Saat: 10:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Rossiya-1” telekanalının efirində “Birliksiz 30 il” filmi üçün verdiyi müsahibədə bəyan edib ki, bir sıra amillər, o cümlədən iqtisadiyyatdakı uğursuzluq, rəhbərlikdə güclü iradənin olmaması Sovet İttifaqının dağılmasına səbəb olub.

“SSRİ-in dağılması əvvəlcədən müəyyən edilmişdi. Çoxlu səbəblər var idi – sosialist iqtisadiyyatı resursları tükənirdi. Deyə bilərik ki, liderin güclü iradəsi yox idi. Sonra obyektiv amillər, Vilnüsdə, Baltikyanı ölkələrdə iğtişaşlar başlayıb. Sovet İttifaqı rəhbərliyi, o cümlədən Qorbaçov orada nə baş verdiyini izah etməyib. Bu, Baltikyanı respublikaları Sovet İttifaqından uzaqlaşdırıb”, – deyə Nazarbayev bildirib.

Qazaxıstanın birinci prezidentinin fikrincə, planlı iqtisadiyyatdan keçid dəhşətli idi, çünki SSRİ-nin tərkibində olan respublikalar arasında əvvəllər mövcud olan əlaqələr dağılmışdı. (virtualaz.org)



Xəbəri paylaş

285 dəfə oxunub.

Digər xəbərlər