Saytımızı qiymətləndirin


 
 

"Anna Akopyan bunkerlərdə nə edirdi?" - Ruben Akopyan hakimiyyəti təhdid etdi
Tarix: 04-02-2022 | Saat: 17:38
Bölmə:Karusel / Region | çapa göndər

“Xalq həqiqətən Anna Akopyanın müharibə zamanı bunkerlərdə olması ilə bağlı təfərrüatlarla maraqlanır. Müxtəlif versiyalar, hətta çox təhqiredici versiyalar var”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ruben Akopyan “Mirror Club”da verdiyi mətbuat konfransında deyib.

“Generallar deyirlər ki, Akopyan bunkerlərdə öz proqramlarının həyata keçirilməsində çox fəal iştirak edib. Lütfən, aydınlaşdırın, çünki siz yalnız o mənasız hücumlardan birində 800-1000 qurban verdiniz”, – deyə RUben Akopyan bildirib.

“Bu gün biz dövlət cinayətkarı ilə qarşı-qarşıyayıq. O yaxşı bilir ki, hakimiyyət dəyişikliyindən sonra törətdiyi dövlət cinayətlərinə görə cavab verəcək. Paşinyan və xanımı Anna çox gözəl bilir ki, hakimiyyətdə qalmaq üçün hər şeyi etməlidirlər, hətta lazım gəlsə, qan da tökülə bilər. Lakin vətəndaşlarımız buna imkan verməməlidir. Ey, Siz, Paşinyan, belə davam edə bilməyəcəksiniz”.(Konkret.az)



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər