Tarix: 07-10-2020 | Saat: 10:37
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qarabağda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları rəsmi Yerevanın bölgəyə köçürdüyü ermənilər arasında panikaya səbəb olub.
Qarabaginfo.az xəbər verir ki, bu ilin əvvəllərində Livandan Şuşaya köçürülən Livan erməsini Toni Hacara ailəsi ilə birlikdə Qarabağı tərk edib.
Şuşada aşpaz işlətən Hacara oktyabrın əvvəllərində həyat yoldaşı və qızı ilə birlikdə Qarabağı tərk edərək, Ermənistanın paytaxtı Yerevana gedib.
Onun Qarabağı tərk etməsinin səbəbi həm təhlükəsizliklə, həm də Qarabağda yaşamağın mümkünsüzlüyü ilə bağlıdır.
Yerevandan Qarabağa köçü planlaşdırılan daha 3 ailə Azərbaycan Ordusunun uğurlu əks-hücumları fonunda Qarabağa gəlməkdən imtina edib.
Paralel olaraq, Qarabağa bir neçə il əvvəl köçürülmüş Suriya erməniləri də işğal altındakı torplaqları tərk etmək niyyətini bildiriblər.
Modern.az
Digər xəbərlər