Saytımızı qiymətləndirin


 
 

Tehran qorxu içində: İran cənubdakı soydaşlarımıza qarşı repressiyaya başlaya bilər - Açıqlama
Tarix: 06-10-2021 | Saat: 17:43
Bölmə:Karusel / Region | çapa göndər

facebook sharing buttontwitter sharing buttonodnoklassniki sharing buttonvk sharing buttonIRAN Embassy in BAKU (@IRANINBAKU) | Twitterwhatsapp sharing button

Ərdəbildən olan deputat və Rəisiyə yaxınlığı ilə tanınan Əli Nikzad deyir ki, “ölkənin şimal-qərbində yaşayan əhali və azəri türkləri fitnə və ixtilafların əsirinə çevrilməyəcəklər”.

Qarabaginfo.az xəbər verir ki, İranlı deputatın fikirlərini konkret.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ərdəbili təmsil edən deputatın dilindən belə bir açıqlamanın verilməsi Tehranın qorxularından xəbər verir: “Azərbaycanla sərhəddə keçirilən təlimlərdə əsgərlərin Bozqurd salamı verməsi, bu qorxunun ciddi əsasının olduğunu göstərir. İstisna deyil ki, İran cənubdakı soydaşlarımıza qarşı repressiv addımlarını genişləndirəcək”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycanda baş verən hər şeyi beynəlxalq platformalara çıxaran bəlli qruplar indi diqqətlərini cənuba yönəltsələr, imkanlarını Arazın o tayındakı azərbaycanlılar üçün istifadə etsələr, yaxşı olar.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər