Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.
Bu barədə Qarabaginfo.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.