Ana Sayfa > Karusel / Gündəm > Prokurorluq tanışını qətlə yetirən şəxslə bağlı MƏLUMAT YAYDI

Prokurorluq tanışını qətlə yetirən şəxslə bağlı MƏLUMAT YAYDI


17-01-2022, 10:22. Yazar: Admin
Prokurorluq tanışını qətlə yetirən şəxslə bağlı MƏLUMAT YAYDI

 

Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə Qarabaginfo.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Geri dön