Saytımızı qiymətləndirin


 
 

FAO: Qlobal ərzaq məhsulları iyulda bahalaşıb
Tarix: 06-08-2020 | Saat: 17:09
Bölmə:Karusel / Sosial | çapa göndər

FAO: Qlobal ərzaq məhsulları iyulda bahalaşıb

Bu ilin iyul ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi orta hesabla 94,2 bənd təşkil edib ki, bu da ötən aya nisbətən 1,2% çoxdur.Qarabaginfo.az -in məlumatına görə, bu barədə FAO-nun məlumatında deyilir.

Bildirilib ki, iyulda bitki yağı qiymətləri indeksi aylıq 7,6% artaraq 5 aylıq maksimuma çatıb, süd məhsullarının qiymətləri isə 3,5% artıb.

FAO-nun taxıl qiymətləri indeksi iyun ayı ilə müqayisədə dəyişməz olaraq qalsa da, qarğıdalı və sorqonun qiymətləri kəskin artıb, düyünün qiyməti isə azalıb. Qarğıdalı və sorqonun qiymət artımının səbəbi Çinin ABŞ-dan bu ot bitkilərini alışının artması olub, düyünun qiymətinin azalması ilə məhsuldar il olması ilə bağlıdır.

FAO-nun açıqladığı şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən iyul ayında 1,4% artıb. Ət qiymətləri indeksi isə qlobal təlabatın ixrac potensialının altında qalması fonunda ötən ay 1,8% azalıb



Xəbəri paylaş

550 dəfə oxunub.

Digər xəbərlər