Tarix: 11-02-2022 | Saat: 15:54
Bölmə:Karusel / Region | çapa göndər
Uqanda 1998-2003-cü illərdəki işğala və yerli sakinlərin ölümünə görə Konqoya 325 milyon dollar təzminat ödəyəcək. Bu barədə qərarı Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi qəbul edib. Uqanda məhkəmənin qərarı ilə İturi bölgəsinin şərq hissəsində 10-15 min insanın ölümünə görə məsuliyyət daşıyır.
Məhkəmə müəyyən edib ki, sübutlar Uqandanın bərpa etməli olduğu ölümlərin sayının 10.000 ilə 15.000 arasında olduğunu göstərir. İraq isə daha əvvəl Küveytin işğalı üçün 50 milyard dollardan çox kompensasiya ödəyib.
Məlumdur ki, Azərbaycan otuz il erməni işğalından əziyyət çəkib. Torpaqlarımızın 20 faizindən çoxu talanıb, vandallığa məruz qalıb. Azərbaycan ordusu 44 günlük hərbi əməliyyatla torpaqlarımızı düşmən tapdağından azad etdi. Dəymiş maddi ziyanın ödənməsi məsələsi ilə hələ açıq olaraq qalıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"a danışan politoloq, professor Qabil Hüseynlinin fikrincə, Azərbaycan da eyni təcrübədən istifadə edə bilər:
“Əlbəttə, uzun illər ərzində Azərbaycana xeyli maddi ziyan dəyib. Bunu həm yerli, həm beynəlxalq ekspertlər təsdiqləyirlər. Xarici ekspertlərin fikrincə, bu rəqəm təxminən 50 milyard dollardır. Bizim mütəxəssislərimiz bu rəqəmin 5 dəfə çox, 250 milyard dollar olduğunu deyirlər. İstənilən halda ermənilər bizə təzminat ödəməlidir. Ola bilsin, ilk vaxtlar məsələni beynəlxalq Haaqa məhkəməsində müzakirə etmək lazım gəlsin. Ermənistana təzminat davası açılması vacib məsələdir. Müvafiq qərarlar əsasında isə BMT-yə müraciət edərək, təzminat verilməsinin hüquqi yollarını tapa bilərik. Bu məsələ beynəlxalq təşkilatlar, o cümlədən məhkəmələrin iştirakı ilə öz ədalətli həllini tapmalıdır. Ermənistan əməllərinə görə mütləq cavab verməlidir”.
Digər xəbərlər