Ana Sayfa > Karusel / Sosial > FAO: Qlobal ərzaq məhsulları iyulda bahalaşıb
FAO: Qlobal ərzaq məhsulları iyulda bahalaşıb6-08-2020, 17:09. Yazar: Admin |
Bu ilin iyul ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi orta hesabla 94,2 bənd təşkil edib ki, bu da ötən aya nisbətən 1,2% çoxdur.Qarabaginfo.az -in məlumatına görə, bu barədə FAO-nun məlumatında deyilir. Bildirilib ki, iyulda bitki yağı qiymətləri indeksi aylıq 7,6% artaraq 5 aylıq maksimuma çatıb, süd məhsullarının qiymətləri isə 3,5% artıb. FAO-nun taxıl qiymətləri indeksi iyun ayı ilə müqayisədə dəyişməz olaraq qalsa da, qarğıdalı və sorqonun qiymətləri kəskin artıb, düyünün qiyməti isə azalıb. Qarğıdalı və sorqonun qiymət artımının səbəbi Çinin ABŞ-dan bu ot bitkilərini alışının artması olub, düyünun qiymətinin azalması ilə məhsuldar il olması ilə bağlıdır. FAO-nun açıqladığı şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən iyul ayında 1,4% artıb. Ət qiymətləri indeksi isə qlobal təlabatın ixrac potensialının altında qalması fonunda ötən ay 1,8% azalıb Geri dön |