Saytımızı qiymətləndirin


 
 

Naxçıvandan Türkiyəyə 12 TIR yola düşdü - Foto
Tarix: 08-02-2023 | Saat: 20:19
Bölmə:Karusel / Manşet | çapa göndər

Naxçıvandan Türkiyəyə ilkin olaraq 12 TIR yola düşüb.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, zəlzələdən əziyyət çəkən Türkiyə vətəndaşlarına dəstək məqsədilə bu gün axşam saatlarında muxtar respublika sakinləri və Əlahiddə Ümumqoşun ordu tərəfindən təşkil edilən humanitar yardımdan ibarət 12 TIR Naxçıvandan Türkiyəyə yola salınıb.

Daha bir neçə humanitar yardımdan ibarət TIR avtomobillərinin yola salınması istiqamətində isə hazırlıq işləri görülür.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, 12 iritutumlu avtomobillərdəki yardımlar əsasən çox ehtiyac duyulan avadanlıqlardır. Buraya 525 çadır, 423 yataq dəsti, 5000-dən artıq əldə toxunan yun corab, minlərlə ayaqqabı, isti yataq dəstləri, yorğan-döşək dəsti daxildir.



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər