Saytımızı qiymətləndirin


 
 

Zaxarova: İrəvanda Rusiyanın Ermənistan dəmir yollarına yatırdığı investisiyalar unudulub
Tarix: 18-02-2026 | Saat: 15:28
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Picture background

Rəsmi Moskva İrəvanın Ermənistan dəmir yollarının nəzarətinin Rusiyadan başqa ölkəyə verilməsi ilə bağlı açıqlamalarını qəribə və qəbuledilməz adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

O, Rusiyanın bütün regional iqtisadi və nəqliyyat kommunikasiyaların açılmasının tərəfdarı olduğunu qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup bu istiqamətdə çox iş görüb: “Ermənistan Dəmir Yolu 20 ildən çoxdur Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyindədir, nəinki güzəşt müqaviləsinin şərtlərini ardıcıl yerinə yetirib, həm də infrastruktura böyük sərmayələr yatırıb və çox sayda iş yeri yaradıb. Yəqin ki, bunu İrəvanda unudublar”.

XİN rəsmisi əlavə edib ki, Rusiya operatorları Ermənistanı rəqabət üstünlüklərindən məhrum etməyən bir strukturdur.

Zaxarova Ermənistandan Azərbaycan və Türkiyəyə gedən dəmir yollarının bərpası ilə bağlı Rusiyanın mövqeyinin Baş nazirin müavini Aleksey Overçuk tərəfindən bəyan edildiyini xatırladıb.



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər