Saytımızı qiymətləndirin


 
 

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi keçirilib
Tarix: 19-01-2023 | Saat: 15:46
Bölmə:Karusel / Təhsil | çapa göndər

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi keçirilib

“Mənə zaman ayır, anacan”

Layihə rəhbəri: Şabran şəhər 1 nömrəli ümumi orta məktəbin psixoloqu Aynur Fərmanova

Layihənin məqsədi şagirdləri təlimə yönləndirmək, valideynləri maarifləndirmək, yaş dövrlərinin  xüsusiyyətlərinə görə problemləri aşkar etmək, təlimdən geridə qalmanın səbəblərini müəyyənləşdirmək və nəticəyə əsasən korreksiya işləri aparmaqdır.

Layihənin vəzifəsi nümunəvi psixoloji xidmətin təşkil olunmasıdır.

 Layihədə  aşağıdakı mövzularda valideynlərə təlimlər keçirilib:

  1. Məktəbəqədər və kiçim məktəb yaş dövrü;
  2. Yeniyetməlik dövrü;
  3. Enneaqram ilə övladını kəşf et;
  4. 4.Bullinq;
  5. Peşə seçimi.

Layihədə hər bir ailə üçün  maarifləndirici kitabça hazırlanacaq. Kitabçada

Aşağıdakı mövzuları əhatə edəcək:

1.Məktəbəqədər yaş dövrü haqqında qısa məlumat;

2.Kiçik məktəb yaş dövrü haqqında qısa məlumat;

3.Yeniyetməlik dövrü haqqında qısa məlumat.

4.Çətinliklərlə mübarizə yolları.

5.Məqsədə çatmaq üçün iradə gücümüzü necə inkişaf et

6.Mənim temperamentim.

7.Valideynlər üçün tövsiyələr.

 

Layihə nəticəsində övladının şəxsiyyət kimi formalaşmasında valideynə dəstək göstərilir, valideyn övladını daha yaxından tanıyır, onunla birlikdə səmərəli zaman keçirir,  “valideyn-övlad-məktəb münasibətləri” üçbucağının bütün tərəfləri diqqətdə saxlanılır. Şagirdlərin təlimdən geridə qalma səbəblərinin aradan qaldırılması üçün psixodiaqnostik testlər keçirilib. Hal-hazırda testlərin nəticələrinə əsasən korreksiya işləri görülür. 

Layihə valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanır. Şagirdlər böyük həvəslə layihədə iştirak edirlər.





 

 



Xəbəri paylaş

1217 dəfə oxunub.

Digər xəbərlər