Saytımızı qiymətləndirin


 
 

İran üç əsas dəniz limanını Ermənistana AÇIR
Tarix: 25-12-2023 | Saat: 14:07
Bölmə:Karusel / Region / Dünya | çapa göndər

 

İran üç əsas dəniz limanını Ermənistana AÇIR

 

Ermənistan İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzaladıqdan sonra İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcək.

Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan deyib.


“Dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək.

Hazırda tərəflər müzakirə aparır, memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub”, - deyə Teryan bildirib.


Ermənistan tərəfi sənədi imzaladıqdan sonra sadələşdirilmiş qaydada, xüsusən də İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan istifadə edə biləcək.


İrəvanın Çabahar limanındakı operator fəaliyyətinə gəlincə, məsələ İran və Hindistanla müzakirə mərhələsindədir.
 

Ermənistan İran və Hindistanı birləşdirən multimodal yüksək sürətli yükdaşıma marşrutunun yaradılması üzərində işləyir. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel marşrutdan gedir. Hesab edirlər ki, bu marşrut Hindistan mallarının Qara dəniz vasitəsilə Rusiya Federasiyasına və Avropa ölkələrinə daşınması yolunu qısaldacaq. İrəvan və Yeni Dehli beynəlxalq avtomobil daşımaları üzrə ikitərəfli sazişin imzalanması ilə bağlı danışıqlara başlayıb.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər