Tarix: 10-01-2023 | Saat: 15:06
Bölmə:Karusel | çapa göndər
“Erməni mətbuatında, eləcə də erməni diplomatların bütün səviyyələrdə verdikləri açıqlamalarda Qarabağ ərazisində ərzaq və yanacaq qıtlığının yaranması və bütövlükdə ermənilərin yaşadığı ərazidə guya humanitar fəlakətin yaşanması haqqında dezinformasiya yayımlanır.”
Qarabaginfo.az xəbər verir ki, bunu Baku TV-ə açıqlamasında millət vəkili Cavanşir Feyziyev bildirib.
Deputat qeyd edib ki, riyakar yalanların fonunda özünü qondarma rejimin “dövlət naziri” adlandıran Ruben Vardanyan da ərazidə ərzaq talonu tətbiq etməklə şou yaratmağa başlayıb. Əlbəttə, bütün bunlar növbəti erməni riyakarlığıdır və bunun yalan olduğu hamıya bəllidir. Azərbaycan rəsmiləri və eləcədə Laçın-Xankəndi yolunda aksiya keçirən vətəndaş cəmiyyəti təmsilçiləri dəfələrlə bəyan ediblər ki, Laçın – Şuşa – Xankəndi yolu humanitar məqsədlər üçün daim açıqdır:
"Aksiyanın davam etdiyi bütün müddət ərzində həm Beynəlxalq Qızıl Xaç Təşkilatı və həm də ərazidə müvəqqəti yerləşən Rusiya Sülməramlıla Qüvvələri bu yoldan sərbəst şəkildə istifadə edirlər. Hətta Qarabağ ərazisində yaşayan mülki şəxslərin də bu dəhliz vasitəsilə hər iki tərəfə hərəkəti üçün yol açıqdır. Yol yalnız Azərbaycanın təbii sərvətlərinin talanmasının və əraziyə qeyri-qanuni hərbi qüvvələrin gətirilməsinin qarşısını almaq üçün keçirilir.Erməni separatçıları isə vətəndaş cəmiyyətinin aksiyasından sui-istifadə etməklə növbəti dəfə beynəlxalq ictimai fikri çaşdırmağa cəhd göstərirlər”.
Deputat bildirib ki, təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan rəsmiləri həmin ərazidə yaşayan ermənilərə lazımi humanitar yardımların göstərilməsinə də hazır olduqlarını bildirir. Lakin göründüyü kimi, erməni separatçılarına həmin ərazidə yaşayan soydaşlarının taleyi maraqlı deyil. Onlar növbəti dəfə yalan uydurmalar əsasında Azərbaycan əleyhinə təbliğat aparmağa üstünlük verirlər.
C.Feyziyev yaranmış vəziyyətdən çıxış yolu haqqında suala cavab olaraq bildirib ki, ən optimal çıxış yolu Qarabağ ərazisində yaşayan ermənilərin onları girov vəziyyətində saxlayan separatçılara və terrorçulara qarşı öz etiraz səsini qaldırması ola bilər:
"Zənnimcə, onlar da artıq anlayırlar ki, 30 ildən çoxdur ki, siyasi oyunların qurbanına çevriliblər və başa düşməlidirlər ki, Azərbaycan dövləti Azərbaycan qanunları çərçivəsində onlara ləyaqətli həyat şəraiti təmin edə bilər. Bunun üçün onlar da hərəkətə keçməli, onların taleyi ilə siyasi alver etməyə cəhd göstərən psevdo-siyasətçilərinə öz etirazlarını bildirməlidirlər.”
Digər xəbərlər