Ana Sayfa > Karusel > Ermənilər də hərəkətə keçməlidirlər
Ermənilər də hərəkətə keçməlidirlər10-01-2023, 15:06. Yazar: Admin |
“Erməni mətbuatında, eləcə də erməni diplomatların bütün səviyyələrdə verdikləri açıqlamalarda Qarabağ ərazisində ərzaq və yanacaq qıtlığının yaranması və bütövlükdə ermənilərin yaşadığı ərazidə guya humanitar fəlakətin yaşanması haqqında dezinformasiya yayımlanır.”
Qarabaginfo.az xəbər verir ki, bunu Baku TV-ə açıqlamasında millət vəkili Cavanşir Feyziyev bildirib.
"Aksiyanın davam etdiyi bütün müddət ərzində həm Beynəlxalq Qızıl Xaç Təşkilatı və həm də ərazidə müvəqqəti yerləşən Rusiya Sülməramlıla Qüvvələri bu yoldan sərbəst şəkildə istifadə edirlər. Hətta Qarabağ ərazisində yaşayan mülki şəxslərin də bu dəhliz vasitəsilə hər iki tərəfə hərəkəti üçün yol açıqdır. Yol yalnız Azərbaycanın təbii sərvətlərinin talanmasının və əraziyə qeyri-qanuni hərbi qüvvələrin gətirilməsinin qarşısını almaq üçün keçirilir.Erməni separatçıları isə vətəndaş cəmiyyətinin aksiyasından sui-istifadə etməklə növbəti dəfə beynəlxalq ictimai fikri çaşdırmağa cəhd göstərirlər”.
"Zənnimcə, onlar da artıq anlayırlar ki, 30 ildən çoxdur ki, siyasi oyunların qurbanına çevriliblər və başa düşməlidirlər ki, Azərbaycan dövləti Azərbaycan qanunları çərçivəsində onlara ləyaqətli həyat şəraiti təmin edə bilər. Bunun üçün onlar da hərəkətə keçməli, onların taleyi ilə siyasi alver etməyə cəhd göstərən psevdo-siyasətçilərinə öz etirazlarını bildirməlidirlər.” Geri dön |